Bakıda oğlan özündən 40 yaş böyük kişinin qanını tökdü
07 fevral 2013 12:47 (UTC +04:00)

Bakıda oğlan özündən 40 yaş böyük kişinin qanını tökdü

Fevralın 4-də Bakı şəhərinin Keşlə qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, D.Aslan küçəsində Saatlı rayon sakini 60 yaşlı Sücəddin Səmədov kürək nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini 20 yaşlı Vüsal Abdullayev fevralın 6-da tutulub.

 

Faktla əlaqədar araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1123
avatar

Nizam Rza

Oxşar yazılar