Bakıda naməlum avtomobillər 2 qadını vurub
17 sentyabr 2015 11:55 (UTC +04:00)

Bakıda naməlum avtomobillər 2 qadını vurub

Bakıda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 16-da saat 09 radələrində paytaxtın Nəsimi rayonunun R.Cəfərov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Sənubər Novruzova vurulub. S.Novruzovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Oxşar hadisə Suraxanı rayonunda da qeydə alınıb. Sentyabrın 15-də saat 15 radələrində Suraxanı rayonunun Binə qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Şəfa Kərimova vurulub. Ş.Kərimovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Həriki faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 133

Oxşar yazılar