Bakıda piyadanı vurub qaçan sürücü tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 26-da Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə Bakı şəhər sakini Mirzəli Əliyevin xəsarətlə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və araşdırmalarla Bakı şəhər sakini M.Əliyevin həmin gün saat 18 radələrində Tbilisi prospektində yolu keçərkən motosikletlə vurulduğu məlum olub.
Əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin mopedlə törədildiyi müəyyən edilib və qəzanı törədərək hadisə yerindən yayınan nəqliyyat vasitəsini idarə edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Bakı şəhər sakini Ağa Əzimov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.