Dünən Bakıda 58 yaşlı İngiltərə vətəndaşını meymun dişləməsi ilə bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.
Bu barədə Lent.az-a Nazirliyin mətbuat xidmətindən bildirilib ki, əcnəbi vətəndaş ötən gün saat 21:11-də sol saitin dişlənmiş yarası diaqnozu ilə Təcili Tibbi Yardıma müraciət edib. Həkimlər onu Kliniki Tibbi Mərkəzə çatdırıblar.
***
00:47
Bakıda yaşlı kişini meymun dişləyib.
APA xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.
Belə ki, meymun 59 yaşlı Donovan Debra Jayne oğlunun sol qolunu dişləyib. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.