Bakıda mağaza, kompüter salonu və sex yandı
03 oktyabr 2015 00:12 (UTC +04:00)

Bakıda mağaza, kompüter salonu və sex yandı

0

Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda vətəndaşlara məxsus ümumi sahəsi 203 kv.m olan bir dam altında tikilmiş ümumi sahəsi 69 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları, ümumi sahəsi 24 kv.m olan kompüter salonunun damı və bitişik ümumi sahəsi 12 kv.m olan elektrik avadanlıqlarının təmiri sexinin dam örtüyü yanıb.

 

Kompüter salonunun, sexin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 223

Oxşar yazılar