Bakıda kürəkən keçmiş qayınanası tərəfindən döyülüb
22 sentyabr 2015 15:29 (UTC +04:00)

Bakıda kürəkən keçmiş qayınanası tərəfindən döyülüb

0

Bakıda 37 yaşlı kişi keçmiş qayınanasından polisə şikayət edib. Lent.az-ın məlumatına görə, polisə müraciət edən 1978-ci il təvəllüdlü Quliyev Rəsul Rauf oğlu (soyad və adlar şərtidir) bildirib ki, Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyov küçəsi 10 ünvanında yerləşən 39 saylı uşaq bağçasına keçmiş həyat yoldaşından olan övladlarını görmək üçün gedib. Bağçanın qarşısında o, keçmiş qayınanası Yeganə ilə rastlaşıb. Qadın ona əlindəki çətirlə zərbələr vuraraq xəsarətlər yetirib.

 

R.Quliyev keçmiş qayınanasının cəzalandırılmasını xahiş edib.

 

Müraciət əsasında araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar