Bakıda itkin düşən qadın tapıldı
15 avqust 2019 11:44 (UTC +04:00)

Bakıda itkin düşən qadın tapıldı

0
Bakıda itkin düşən fiziki məhdudiyyətli qadın tapılıb.
 
APA-nın məlumatına görə, paytaxtın Suraxanı rayon sakini Təranə Şıxıyeva polisə verdiyi izahatında itkin düşmədiyini, avqustun 8-də Bərdə rayonunda yaşayan valideynlərinin yanına getdiyi və istifadəsində mobil telefon olmadığı üçün həyat yoldaşına məlumat verə bilmədiyini bildirib.
 
Qeyd edək ki, bir neçə gün əvvəl polisə paytaxtın Suraxanı rayonunda yaşayan, 1992-ci il təvəllüdlü Təranə Şıxıyevanın yaşadığı evdən çıxıb getməsi və bir daha geri qayıtmaması barədə məlumat daxil olub. Onun fiziki məhdudiyyətli şəxs olduğu bildirilir.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 943

Oxşar yazılar