Bakıda iki qardaş arasında qanlı DAVA
01 mart 2015 11:00 (UTC +04:00)

Bakıda iki qardaş arasında qanlı DAVA

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 28-də saat 16 radələrində Yeni Suraxanı qəsəbəsi, H.Z.Tağıyev küçəsində 1971-ci il təvəllüdlü Rəhmanov Əhməd Tofiq oğlu özündən 3 yaş kiçik qardaşı Bəxtiyarı bıçaqlayıb.

 

 

Bildirilir ki, hər iki qardaş eyni ünvanda qeydiyyatda olmaqla eyni evdə yaşayır və onlar arasında ailə-məişət mübahisəsi zəminində münaqişə yaranıb. Nəticədə böyük qardaşı bıçaqla 41 yaşlı B.Rəhmanovun qarın nahiyəsinə 3 zərbə endirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırm aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 69
avatar

Oxşar yazılar