Bakıda iki avtomobil toqquşub, bir ailənin 3 üzvü xəsarət alıb
06 avqust 2019 21:39 (UTC +04:00)

Bakıda iki avtomobil toqquşub, bir ailənin 3 üzvü xəsarət alıb

 

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Qala qəsəbəsində 1961-ci il təvəllüdlü Hüseynağa Muradov idarə etdiyi "Nissan" markalı avtomobili yol kənarında dayanmış "Niva" markalı avtomobilə vurub.

Nəticədə "Niva"nın sürücüsü İsmayıl Əliyev, digər sürücü H.Muradov və onun həyat yoldaşı, 1969-cu il təvəllüdlü Şəfiqə Muradova və qızı 1999-cu il təvəllüdlü Nəzrin Muradova xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 647
avatar

Oxşar yazılar