Bakıda içi pulla dolu 2 seyf oğurlanıb
12 noyabr 2014 11:58 (UTC +04:00)

Bakıda içi pulla dolu 2 seyf oğurlanıb

Bakıda külli miqdarda pul oğurlamaqda şübhəli bilinən 2 nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi sentyabrın 28-i saat 20:00-dan 29-u saat 09:20-dək, Q.Qarayev prospektində yerləşən mebel mağazasından açar seçmə yolu ilə içərisində 55000 manat, oktyabrın 13-də saat 08:30 radələrində, B.Nuriyev küçəsində yerləşən mağazadan, pəncərənin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə içərisində 65.000 manat olan seyfləri oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib. Əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü Kərim Kubayeviç Kubayev və 1995-ci il təvəllüdlü Renat Məhərrəmov tutulub.

 

Araşdırmalar davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2593
avatar

Oxşar yazılar