Bakıda qadına qarşı soyğunçuluq edən şəxs tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də saat 02:50 radələrində Qaraçuxur qəsəbəsində Bakı şəhər sakini 1976-cı il təvəllüdlü İlhamə Xəlilovanı döyərək içərisində 120 manat pul, 1 cüt sırğa, mobil telefon və sənədləri olan əl çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Orxan Əliyev tutulub.
Araşdırmalar davam etdirilir.