Bakıda gecə ev və "ŞAQMAN" yanıb
08 fevral 2015 08:24 (UTC +04:00)

Bakıda gecə ev və "ŞAQMAN" yanıb

Bakıda gecə saatlarında iki yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğınlardan biri paytaxtın Yasamal rayonunda ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaqlı  evdə baş verib. Nəticədə evin 1 otağının tavanı 15 kv.m. sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.  

 

Bundan başqa, Suraxanı rayonunda şirkətə məxsus "ŞAQMAN" markalı yük avtomobilində yanğın olub. Nəticədə avtomobilin kabinə hissəsi və qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 244

Oxşar yazılar