Bakıda evləri talan edən gənc ələ keçdi
16 sentyabr 2015 11:16 (UTC +04:00)

Bakıda evləri talan edən gənc ələ keçdi

0

Bakıda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, iyunun 6-da gündüz saatlarında R.Allahverdiyev küçəsində 1971-ci il təvəllüdlü Hüsən Əsədova, iyunun 29-da Motodrom yaşayış massivində 1985-ci il təvəllüdlü Sərxan Məmmədova, iyulun 24-də Xocasən qəsəbəsində 1981-ci il təvəllüdlü Asif Hüseynova məxsus evlərdən pəncərədən daxil olmaqla, 3000 ABŞ dolları, qızıl-zinət əşyaları, noutbuk və mobil telefon oğurlanıb.

 

 

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunan 1991-ci il təvəllüdlü Nuri Behbudov tutulub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 159

Oxşar yazılar