Oğurluq etdiyinə görə tutulmuş Əlikram Əliyevin digər cinayət əməlləri müəyyən edilib.
Lent.az-ın DİN-ə istinadən məlumatına görə, fevralın 10-da oğurluq etdiyinə görə tutulmuş Əlikram Əliyevin ətrafında Yasamal RPİ 29-cu PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakinləri Samir Kərimovun, Fərqanə Quliyevanın, Ceyhun Axundovun, Mehman Qurbanovun, Tahir Abbasovun, Afaq İsmayılovanın, Natella Köçərlinin və Mirkamil Hadıyevin evlərindən pul, qızıl, məişət və geyim əşyaları oğurlaması da müəyyən edilib.