Bakıda hərbi qulluqçu itkin düşüb. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, Nərimanov rayon polis idarəsinin 17-ci polis bölməsinin əməkdaşları isə 19 yaşlı Zeynalov Nurlan Vidadi oğlunun axtarışına başlayıb.
Bildirilir ki, bir müddət əvvəl Abşeron rayonunda yerləşən N sayli hərbi hissə tərəfindən məzuniyyətə buraxılıb və 21.09.2013-cü il tarixdə saat 11-12 radələrində Nərimanov rayonu Böyük Şor qəsəbəsi, Daş karxanasi 59 sayli evdən qulluq etdiyi hərbi hissəyə getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb. 19 yaşli Zeynalov Nurlan Vidadi oğlunun əlamətləri belədir: boyu 160 sm, arıq bədənli, yumru sifət, saçları qısa və qaradır, gözləri isə qəhvəyi rəngdədir. Evdən çixarkən onun əynində, göy rəngli xallı köynək, göy cins şalvar, ayağında isə qara ayaqqabı olub.
Odur ki, 19 yaşli Zeynalov Nurlan Vidadi oğlunu itkin düşən gündən sonra görənlərdən və ya onun haqqında hər hansısa bir məlumatı olanlardan 490-88-27 şəhər və 050-328-80-62 mobil nömrələrinə zəng etməklə xəbər vermələri xahiş olunur.