Bakı şəhərinin Xətai rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Naximov küçəsi döngə 2, mənzil 2 ünvanında yaşayan 1992-ci il təvəllüdlü Qədirli Şakir Sahib oğlu özünü iplə asıb.
Onun meyitini ailə üzvləri saat 21:30 radələrində aşkarlayıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.