60 yaşlı kişi dəm qazından zəhərlənib öldü
Fevralın 5-də Bakıda 60 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb. Binəqədi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsində yaşayan 1953-cü il təvəllüdlü İsgəndərov Faiq Bəhmən oğlu yaşadığı mənzildə dəm qazından zəhərlənib. Kəskin boğulma və qıcolma sindromu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə gətirilən 60 yaşlı kişi orada ölüb.
Hadisə ilə bağlı araşdırmalar aparılır, müvafiq ekspertizalar təyin olunub.