Xalasının evindən 10200 manat oğurladı
01 oktyabr 2015 13:22 (UTC +04:00)

Xalasının evindən 10200 manat oğurladı

0

Bakıda evdən külli miqdarda pul oğurlayan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində yaşayan Sərfinaz İsmayılova 28-ci PB-yə müraciət edərək sentyabrın 29-da bacısı oğlu Məhəmmədəli Zərbəliyev tərəfindən 10200 manatının oğurlanmasını bildirib. PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhəmmədəli Zərbəliyev saxlanılıb və o, oğurluq etdiyini etiraf edib. Eyni zamanda M.Zərbəliyev sentyabr 29-da quldurluq etdiyinə görə tutulmuş Fikrət İsgəndərovu bıçaqla hədələyərək ondan 7500  manat aldığını deyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar