İki sahibkar polisə müraciət edərək, eyni şəxs tərəfindən külli miqdarda pullarının ələ keçirildiyini bildiriblər.
Lent.az musavat.com-a istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakinləri 1956-cı il təvəllüdlü Əli Allahverdizadə və 1959-cu il təvəllüdlü Sahib Umudov 2007-ci ildə Namiq adlı şəxsə hərəsi 235 min dollar pul veriblər. Lakin Namiq adlı şəxs onların etibarından sui-istifadə edərək, pullarını qaytarmayıb.
Hər iki sahibkar 9 ildir ki, pullarını istədikləri Namiq adlı şəxsin müxtəlif bəhanələri ilə qarşılaşırlar.
Şikayətlə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.