Bakıda baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb
06 fevral 2013 11:11 (UTC +04:00)

Bakıda baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb

Ötən gecə Bakıda baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib.

 

O, qeyd edib ki, mətbuatda bu barədə yayılan informasiyalar şişirdilib: “Bu, sırf xuliqanlıq hadisəsidir. Belə ki, fevralın 5-də saat 22.30 radələrində Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən «Elbaro» restoranında Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Həsənov Samir Budaq oğlu xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq 1968-ci il təvəllüdlü Məmmədov Aydın Akif oğlunu və onun oğlu, 1993-cü il təvəllüdlü Emini yaralayıb. Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Samir Həsənov tutulub.

 

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq hərəkətləri davam etdirilir”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 731
avatar

Oxşar yazılar