Bakının Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Şəhər şosesi, 4 ünvanında "İsuzu" markalı sərnişin avtobusu Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı vurub. Piyada, 43 yaşlı Mahir Qılıncxan oğlu Həsənov ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Xəstəxanadan hadisə barədə Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib. Keçirilən əməliyyat tədbirləri çərçivəsində avtobusun sürücüsü saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. Sürücünün əməlinə hüquqi qiymət aparılan araşdırmaların yekununda veriləcək.