Bakıda ər-arvad davasındakı mübahisənin sonu faciə ilə nəticələnib. Arvad ərini kürəyindən bıçaqlayıb.
Lent.az musavat.com-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda C.Naxçıvanski küçəsində baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, ər-arvad arasında mübahisə tərəflərdən birinin bıçaqlanması ilə nəticələnib.
1968-ci il təvəllüdlü Çingiz Zaitov özündən 10 yaş kiçik həyat yoldaşı Təranə Zaitova tərəfindən bıçaqlanıb.
Məlumata görə, hadisədən sonra Çingiz Zaitov arvadından polisə şikayət edib.