Bakıda avtomobil aşıb. Lent.az-ın məlumatına görə, Heydər Əliyev prospektinin Suraxanı rayonundan keçən hissəsində (Buta Palace-nin qarşısı) "Toyota Prado" markalı avtomobil sürücünün idarəetməsindən çıxıb. Metal maneələri keçən avtomobil yolun kənarına aşıb.
Qəza nəticəsində 1 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır.