Bakıda “radar fırıldağı”
15 fevral 2015 12:22 (UTC +04:00)

Bakıda “radar fırıldağı”

0

Bakıda radara düşdüyü üçün cərimə ödəmək istəyən şəxs fırıldaqçılıqla üzləşib. Lent.az-ın məlumatına görə, polisə müraciət edən Nəsimi rayon sakini, 1983-cü il təvəllüdlü Qurbanov Elnur Teymur oğlu bildirib ki, keçən ilin 9 oktyabr tarixində A.Abbaszadə küçəsində idarə etdiyi “Mercedes” markalı avtomobillə radara düşüb. O, tanışı, 1984-cü il təvəllüdlü İbrahimov Oqtay Rafiq oğluna 60 manat verib ki, radarın cəriməsini ödəsin. Lakin hadisənin üstündən bir neçə ay keçəndən sonra məlum olub ki, O.İbrahimov cəriməni ödəməyib.

 

9-cu Polis Bölməsinə şikayət ərizəsi yazan E.Qurbanov məsələnin araşdırılmasını və obyektiv qiymət verilməsini xahiş edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar