Martın 29-na keçən gecə, saat 00:30 radələrində Bakı şəhərinin Xəzər rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Buzovna-Maştağa yolunun 1-ci kilometrliyində 1962-ci il təvəllüdlü Əliyev Hacıməmməd Ələkbər oğlunun idarə etdiyi “Mercedes 230” markalı avtomobil aşıb.
Qəza nəticəsində sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla əlaqədar araşdırmalar aparılır, müvafiq ekspertizalar təyin olunub.