Bakıda yük maşını qaçırılıb. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, BPİ TŞX, Nərimanov RPİ 17-ci PB - TŞX və Salyan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-nə keçən gecə Pyua küçəsindən Talıb Şirinova məxsus «KamAZ» markalı avtomobili qaçırmaqda şübhəli bilinən - Salyan rayon sakinləri - 1978-ci il təvəllüdlü İkram Əliyev və 1991-ci il təvəllüdlü Əhmədağa Cəbrayılov avtomobillə birlikdə tutulublar.
Araşdırma aparılır.