Bakıda 8 otaqlı evdə yanğın oldu
07 yanvar 2015 05:54 (UTC +04:00)

Bakıda 8 otaqlı evdə yanğın oldu

Bakıda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb.  Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 8 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanıb, yüksək temperaturdan pilləkən qəfəsinin lambirdən ibarət tavanı 15 kv.m sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199

Oxşar yazılar