Bakıda 88 yaşlı kişinin evində meyiti tapıldı
0
0
Bakıda evdən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən xəbərə görə, FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 88 yaşlı Məmmədov Tofiq Qubal oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
0
0