Bakıda 53 yaşlı kişini maşın vurub öldürdü
22 fevral 2013 10:03 (UTC +04:00)

Bakıda 53 yaşlı kişini maşın vurub öldürdü

 

Fevralın 22-nə keçən gecə Bakı şəhərinin Binəqədi rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi-Mehdiabad yolunda 1987-ci il təvəllüdlü Süleymanov Cavid Cavad oğlu idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə piyadanı vurub. Nəticədə piyada 1960-cı il təvəllüdlü Rüstəmov Zabit Şəfi oğlu ağır bədən xəsarətləri alıb. Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, keçinib.

 

Faktla əlaqədar Binəqədi RPİ-də cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1638
avatar

Nizam Rza

Oxşar yazılar