Bakıda 4 otaqlı, Ağstafada isə 3 otaqlı ev yandı
14 fevral 2015 05:13 (UTC +04:00)

Bakıda 4 otaqlı, Ağstafada isə 3 otaqlı ev yandı

0

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 4 otaqlı mənzilin çardağının yanar konstruksiyaları 70 kv.m  və çardağda tikilmiş ümumi sahəsi 10 kv.m olan köməkçi  tikili yanıb. Mənzillər yanğından mühafizə olunub.

 

Ağstafa  rayonu, Köçəsgər kəndində (rayon mərkəzindən 10 km aralı) isə vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan kürsülü birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 30 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki halda yanğın  yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 186

Oxşar yazılar