Bakıda 45 yaşlı kişi müaəmmalı şəkildə öldü
30 mart 2013 10:43 (UTC +04:00)

Bakıda 45 yaşlı kişi müaəmmalı şəkildə öldü

 

Bu gün Bakı şəhərinin Suraxanı rayonu ərazisində müəmmalı ölüm hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hövsan qəsəbəsindən 1968-ci il təvəllüdlü Məmmədov Rasim Fərman oğlu təcili tibbi yardım stansiyasına gətirilib. Kəlbəcər rayonundan məcburi köçkün olan R.Məmmədov xəstəxanaya çatar-çatmaz keçinib.

 

Yaxınları bildiriblər ki, R.Məmmədovun indiyədək səhhəti ilə bağlı şikayəti olmayıb. Odur ki, onlarda qəfil ölüm şübhələr yaradıb və polisə müraciət ediblər.

 

Fakta görə ekspertizalar təyin edilib, ölümün səbəbi araşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1121
avatar

Nizam Rza

Oxşar yazılar