Bakıda 3 avtomobil toqquşub, sürücülərdən biri xəsarət alıb - <span style="color:red;">FOTO  - VİDEO
09 iyun 2019 02:29 (UTC +04:00)

Bakıda 3 avtomobil toqquşub, sürücülərdən biri xəsarət alıb - FOTO - VİDEO

Bakının Xətai rayonunda 3 avtomobil toqquşub.
 
APA xəbər verir ki, “Nargilə” kafesindən “Ukrayna” dairəsinə gedən istiqamətdə baş verən hadisə nəticəsində bir nəfər xəsarət alıb. 
 
“Mersedes” markalı avtomobil qəflətən yolun əks istiqamətinə, geriyə dönərkən qarşıdan gələn “Daewoo Nexia” markalı avtomobillə toqquşub. Bu zaman arxadan gələn digər “Mersedes” markalı avtomobil “Daewoo Nexia”ya çırpılıb.
 
Nəticədə geriyə dönüş etmək istəyən avtomobilin sürücüsü bədən xəsarəti alıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 775

Oxşar yazılar