Bakıda 3 avtomobil toqquşdu: ölən var
13 noyabr 2014 11:22 (UTC +04:00)

Bakıda 3 avtomobil toqquşdu: ölən var

Bakıda ölümlə nəticələnnə ağır yol qəzası baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, noyabrın 12-də saat 17:00 radələrində, Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində, Buzovna-Maştağa yolunda 1963-cü il təvəllüdlü Nofəl Qurbanovun idarə etdiyi “Lexus” markalı, 1974-cü il təvəllüdlü İltifat Eyvazovun idarə etdiyi “Mercedes” markalı, və 1954-cü il təvəllüdlü Toğrul İbrahimovun idarə etdiyi VAZ -2106 markalı avtomobillər toqquşub. Nəticədə T.İbrahimov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 886
avatar

Oxşar yazılar