Bakıda yeznə qayınını DVD-yə görə öldürdü  - <span style="color:red;">YENİLƏNİB
11 fevral 2015 03:29 (UTC +04:00)

Bakıda yeznə qayınını DVD-yə görə öldürdü - YENİLƏNİB

0

Biləcəri qəsəbəsində qətl hadisəsi ilə bağlı bəzi detallar üzə çıxıb. APA-nın məlumatına görə, həm qətlə yetirilən Vüqar Salmanov, həm də onu bıçaqlayan yeznəsi Əfqan Yusibov Yevlax rayonundandırlar və Bakıda müvəqqəti yaşayırlar. Qohumlar arasında dava "DVD Player" üstündə mübahisə nəticəsində yaranıb.

 

28 yaşlı Əfqan Yusibov qayınını bıçaqladıqdan sonra hadisə yerindən qaçıb. Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir. Faktla əlaqədar Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

 

 

**** 00.52

 

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib. APA-nın məlumatında görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

 

İlkin məlumata görə, 1990-cı il təvəllüdlü Salmanov Vüqar Yasin oğlu və yeznəsi, 1987-ci il təvəllüdlü Əfqan Yusubov arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Əfqan Yusubov qayınını bıçaqlayıb. 25 yaşlı Vüqar Salmanov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Mübahisənin motivi və qətli törədənin saxlanılıb-saxlanılmadığı hələlik məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar