Bakıda 27 yaşlı qız 6 aydır yoxa çıxıb - MÜRACİƏT
05 iyun 2016 19:18 (UTC +04:00)

Bakıda 27 yaşlı qız 6 aydır yoxa çıxıb - MÜRACİƏT

Bakı sakini qızının itkin düşməsi ilə bağlı polisə müraciət edib. Lent.az-ın məlumatına görə, Binəqədi rayonu Baksol yolu adlanan ərazidə yaşayan Tənzilə Əsgərova (ad və soyadlar şərtidir) polisə müraciət edərək bildirib ki, qızı, 1989-cu il təvəllüdlü Mehdiyeva Zülfiyyə Vəfadar qızı keçən ilin 30 dekabr tarixində evdən çıxıb və bir daha geri qayıtmayıb. Qadın qızının xarakterik əlamətlərini polisə təqdim edib.

 

Polisə müraciət edən qadın hansı səbəbə görə qızının itkin düşməsi ilə bağlı 6 ay sonra məlumat verməsinə aydınlıq gətirməyib.

 

Müraciət əsasında araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Nizam Rza

Oxşar yazılar