Bakıda "KamAZ" məktəbliləri vurdu: ölən va yaralanan var - YENİLƏNİB
10 fevral 2015 10:45 (UTC +04:00)

Bakıda "KamAZ" məktəbliləri vurdu: ölən va yaralanan var - YENİLƏNİB

0

Bakı şəhər Baş Polis İdarəsi paytaxtda yük maşınının məktəbliləri vurması ilə bağlı məlumat yayıb. Lent.az idarəyə istinadən məlumat verir ki, fevralın 9-da saat 13 radələrində, M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakinləri – 1978-ci il təvəllüdlü Visuhi Cəfərov idarə etdiyi “Kamaz” markalı avtomobillə 2004-cü il təvəllüdlü Zivər Feyzullayevanı və 2005-ci il təvəllüdlü Hüseyn Mikayılovu vurub. Z.Feyzullayeva hadisə yerində ölüb, H.Mikayılov xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır. Faktla bağlı CM-nin 263-cü maddəsilə iş açılıb. Binəqədi RPİ-də araşdırmalar davam etdirilir.

 
 
 
*****
 
 
17:45
 
 
 
Bakıda məktəbli qızı maşın vurub.

 

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Baksol yolunda qeydə alınıb.

 

Naməlum avtomobil 11 yaşlı Ziynət Feyzullayevanı vuraraq hadisə yerindən qaçıb. Z. Feyzullayeva aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

 

Polisdən həmçinin bildirilib ki, Z. Feyzullayeva orta məktəb şagirdi olub.

 

Hazırda polis hadisəni törədən sürücünün tutulması istiqamətində axtarışları davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar