<span style="color:red;">Bakıda SEVGİ FACİƏSİ  - məktəblinin insanı sarsıdan məktubu <span style="color:red;">- MƏTN
04 dekabr 2014 10:49 (UTC +04:00)

Bakıda SEVGİ FACİƏSİ - məktəblinin insanı sarsıdan məktubu - MƏTN

Dünən Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində baş vermiş intiharla bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, 16 yaşlı Ceyhun Əliyev özünü asmamışdan əvvəl ailə üzvlərinə və sevdiyi qıza məktub yazıb. Məktub o özünü asandan sonra ailə üzvləri tərəfindən tapılaraq hüquq-mühafizə orqanlarına təqdim edilib.
 
11-ci sinif şagirdi olan C.Əliyev məktubunda sevdiyi qızdan bəhs edib və onun adını çəkərək qovuşmaqlarının mümkünsüz olduğunu yazıb: "Bu zalım dünyada yaşamaq istəmirəm. Bil ki, səni çox sevirəm, Heyif ki, qovuşmağımız mümkün deyil. Dostlarım da məndən üz çevirdi. Daha yaşamaq istəmirəm".
 
Yeniyetmə oğlan atasından hallallıq istəyib və nişanlı qardaşına müraciət edərək yazıb ki, onun intiharı səbəbindən böyük qardaşının toyu bir qədər yubanacaq: "Ata, üstümüzdə böyük zəhmətin olub. Amma bağışla ki, daha yaşamaq istəmirəm".
 
Qeyd edək ki, faktla bağlı başlanmış cinayət işinin istintaq davam etdirilir.
 
C.Əliyevin sevdiyi qızın 113 saylı orta məktəbdə oxuduğu bildirilir.
 
 
 
 
*****
 
 
10:23
 
 
Bakıda məktəbli intihar edib.

 

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əliyev Ceyhun Zaur oğlu özünü yaşadığı evin həyətindəki su çəninin borusundan mələfə ilə asıb. Onun meyitini ailə üzvləri aşkar edib.

 

C. Əliyevin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. O, 113 saylı orta məktəbin 11-ci sinfində oxuyurmuş.

 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 72
avatar

Nizam Rza

Oxşar yazılar