Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km sola nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadə verdiyi xəbərə görə, bu barədə FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq həmin şəxs xilas edilib. Xilas edilən şəxs və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 10:10-da başa çatıb.