Bakı polisi əhaliyə müraciət etdi
02 oktyabr 2015 12:02 (UTC +04:00)

Bakı polisi əhaliyə müraciət etdi

0

Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 177, 234.1 maddələri ilə məhkum olunan 1986-ci il təvəllüdlü Nəzərov Ramal Şahmar oğlu müəyyən olunaraq tutulub. Lent.az idarəyə istinadən xəbər verir ki, şübhəli şəxs ətrafında keçirilən ilkin əməliyyat-axtarış, istintaq tədbirləri ilə müəyyən olunub ki, o, sentyabrın 28-də saat 09 radələrində 133 saylı xətt avtobusunda Bakı şəhər sakini Azad Həmidovun cibindən içərisində 46 manat və sənədləri olan pul kisəsini gizli yolla talayıb. Eləcə də sentyabrın 30-da 165 nömrəli xətt  avtobusunda eyni usulla, adı istintaqla araşdırılan vətəndaşın cibindən 24 manat oğurlamaqla təhlükəli əməllərini davam etdirib.

 

Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir. Bu şəxsi tanıyanlardan, onun başqa təhlükəli əməllərinin şahidi olanlardan, onun əməllərindən zərərçəkənlərdən Bakı şəhər Bas Polis İdarəsinə, yaxud 102 Zəng –Mərkəzinə məlumat vermələri xahiş olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar