Bakı metrosundakı TERRORUN ildönümü - Hazırda TƏHLÜKƏ varmı?
Bu gün "28 May" və "Gənclik" metrostansiyaları arasında baş vermiş terror aktından 25 il ötür. Hadisə 1994-cü il iyulun 3-də saat 20:30-da, “28 May” və “Gənclik” metrostansiyasıları arasında, qatarın ikinci vaqonunda baş verib. Terror aktı nəticəsində 13 nəfər həlak olub, 58 nəfər yaralanıb.
Qeyd edək ki, Bakı metrosunda törədilən bu hadisə ikinci terror aktı idi.
Bəs belə bir daha baş verməməsi üçün hər hansı tədbir görülürmü?
Faciə ilə bağlı Lent.az-a danışan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metroda baş vermiş terror aktı bütün xalqımızın faciəsidir:
“Bu hadisənin təkrar yaşanmaması üçün təhlükəsizlik hər an diqqətdə olan məsələdir. Bu günün tələblərinə uyğun olaraq metropolitendə hər cür təhlükəsizlik tədbirləri görülür”.
610