Fevralın 7-də günorta saatlarında Bakı metrosunda ölüm hadisəsi baş verib. Nəsimi Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Bakı Metropoliteninin “28 May” stansiyasında halı pisləşən Zakir Məmmədov qəfil dünyasını dəyişib. Onun ölümünün səbəblərini müəyyən etmək məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.
Faktla əlaqədar araşdırma aparılır.