İyulun 25-də Bakı Dəniz Balıq Limanı “ASC”-nin ərazisində Bakı şəhər sakini Anar Eynullayev idarə etdiyi “Shacman” markalı avtomaşınla həmyerlisi Anatoliy Kudryavtsevi vurub.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Anatoliy Kudryavtsev aldığı xəsarətdən hadisə yerində ölüb.
Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.