Bu gün Bakı şəhərinin Səbail rayonu ərazisində, Xəzər dənizi sahilində yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, istismara yararsız kəsilməkdə olan ümumi sahəsi 4125 kvadrat metr olan "Siyəzən" dalğıc gəmisinin göyərtəsində yerləşən kayutların yanar konstruksiyaları 230 kvadrat metr sahədə yanıb. Gəminin qalan hissəsi, gəminin göyərtəsində olan 40 ədəd oksigen və propan balonları yanğından mühafizə olunub.
Yanğın saat 06:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.