"Hazırda Bakı şəhərinin küçə və yollarında avtomobillərin hərəkətində sıxlıq müşahidə edilmir".
Bunu APA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov deyib.
O, bildirib ki, sürücülər yol qəzalarının baş verməməsi üçün diqqətli olmalıdırlar: “Bir daha sürücülərə müraciət edərək bildirirəm ki, ara məsafəsinə, sürət həddinə, dayanma-durma tələblərinə diqqət etsinlər. Günün qaranlıq vaxtlarında avtomobil idarə etməsinlər”.
V. Əsədov hazırda Bakı - Sumqayıt yolunda avtomobillərin hərəkət istiqamətində sıxlıq müşahidə edildiyini də qeyd edib.