“Azərbaycan Dəmir Yolları”: <span style="color:red;">Qadın intihar edib
17 sentyabr 2015 13:53 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları”: Qadın intihar edib

Bu gün saat 07.55-də Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarı Baş Keşlə-Bakı yük mənzilinin 2656-cı kilometrindən keçərkən hadisə baş verib.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, Bakı şəhəri Keşlə qəsəbə sakini, Aşıq Qərib küçəsi ev 33 ünvanında yaşayan, 1964-cü il təvəllüdlü Qətibə İsmayıl qızı Abdullayeva qatarın çatmasına 15-20 metr qalmış qəfildən dəmir yolu xəttinin üzərinə uzanaraq intihar edib.

 

İlkin məlumata görə, Q. Abdullayevanın ruhi xəstə olduğu bildirilir. Elektrik qatarının müşahidə kamerası ilə hadisə vaxtı qeydə alınan görüntülər hüquq-mühafizə orqanlarına təqdim edilib.

 

Elektrik qatarı 27 dəqiqə gecikmə ilə Bakı-sərnişin stansiyasına daxıl olub.

 

***

 

Bakıda qadını qatar vurub.

 

Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün Keşlə qəsəbəsində Bakı-Sumqayıt xətti ilə hərəkətdə olan sürət qatarı 35-40 yaşlarında qadını vurub. Nəticədə qadın aldığı xəsarətdən yerindəcə keçinib. Onun şəxsiyyəti hələlik müəyyənləşməyib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

Oxşar yazılar