Luqansk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Rasim Uğurluyev APA-ya açıqlamasında bildirib ki, Y. Nəsibov ötən gün doğulduğu Qazax rayonunda dəfn olunub.
Y. Nəsibovun nəşi diaspor fəallarının dəstəyi ilə “Luqansk Xalq Respublikası”nın nəzarətində olan Luqansk şəhərindən çıxarılaraq Azərbaycana gətirilib.
Qeyd edək ki, Azərbaycanın Qazax rayonundan olan, Ukrayna vətəndaşı, 1957-ci il təvəllüdlü Yasinəli Nəsibovun meyiti fevralın 3-ü səhər saatlarında Luqansk şəhərinin Şevçenko kvartalındakı marketlərdən birinin qarşısında, öz avtomobilində tapılıb. Meyitin üzərində çoxsaylı güllə yarası olub.