Son sutka ərzində ölkə ərazisində baş vermiş yol qəzaları 6 nəfərin həyatına son qoyub. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, sutka ərzində ümumilikdə 13 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə daha 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ölümlə nəticələnən qəzalardan ən ağırı İsmayıllıda qeydə alınıb. Bakı-Şamaxı-Yevlax yolunun 128-ci kilometrliyində "NAZ Lifan" markalı avtomobilin maneəyə çırpılması nəticəsində 2 nəfər dünyasını dəyişib. Salyanda və Gəncənin Kəpəz rayonunda avtomobillərin vurduğu piyadalar ölüb. Bakıda iki avtbusun toqquşması nəticəsində isə 1 nəfər ölüb, daha 5 nəfər isə yaralanıb. Qaradağda "Shacman" markalı yük maşınlarının toqquşması da insan itkisinə səbəb olub.