Mingəçevir şəhərində qətl hadisəsi törədilib. Şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev prospekti ev 80/2, mənzil 15 ünvanında Vüsal Süleymanov qaynı Eşqin Quliyevi bıçaqlayaraq qətlə yetirib.
Faktla əlaqədar şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.