Azərbaycanda silahlı insident olub
02 oktyabr 2015 13:05 (UTC +04:00)

Azərbaycanda silahlı insident olub

0

Biləsuvar rayonunda silahlı insident baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 1-də Biləsuvar rayonunun Aranlı kəndinin otlaq sahəsində kənd sakini Şahəli İbayev tüfənglə ehtiyatsız davrandığından atəş açılıb. Nəticədə onun  həmkəndlisi Elvin Xudaverdiyev xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

 

Ş.İbayev könüllü olaraq Biləsuvar RPŞ-yə gəlib və “İJ-58” markalı ov tüfəngini təhvil verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 196

Oxşar yazılar