Azərbaycanda qırğın kimi gecə: <span style="color:red;">8 ölü, 26 yaralı
18 may 2014 17:22 (UTC +04:00)

Azərbaycanda qırğın kimi gecə: 8 ölü, 26 yaralı

Son sutka ərzində Azərbaycan yollarında baş vermiş avtomobil qəzalarında 8 nəfər həlak olub. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, gün ərzində ümumilikdə 20 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə həlak olan 8 nəfərdən başqa 26 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Ən ağır hadisələr Bakıda qeydə alınıb. Qaradağ rayonu ərazisində, Bakı-Ələt magistralında "Mercedes" markalı minik avtomobili gənc qadını və 8 aylıq körpəsini vurub. Ana və balası hadisə yerindəcə keçinib. Sabunçu rayonunda, Maştağa-Zabrat yolunda iki minik avtomobilinin toqquşması 2 nəfərin ölümünə, daha 4 nəfərin isə ağır yaralanmasına səbəb olub. Bundan başqa Lənkəranda xəstəxanaya tələsən ailənin "UAZ"ı dağdan aşıb. 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

 

Ölümlə nəticələnən digər qəzalar Abşeron, Goranboy və Bakının Xəzər rayonunda qeydə alınıb.

 

Hər bir hadisə ilə bağlı araşdırmalar aparılır.

# 5886
avatar

Nizam Rza

Oxşar yazılar